“Ukrayna NATO-nun bir hissəsi ola biləcəkmi..?”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynadakı münaqişənin üç mümkün nəticəsinin adını çəkib

Bu gün Rusiya-Ukrayna savaşı bütün dünyanın gündəmindədir. Təbii ki, savaşın necə sonunclanacağı barədə də son günlər müxtəlif siyasi şərhlər səsləndirilməkdədir. Maraqlıdır ki, bu mövzu ilə bağlı ekstrasenslərin də fikirlərinə yer ayıranlar, buna maraq göstərənlər az deyil.

Qeyd edək ki, son günlər ruslar Vanqanın “...hər şey buz kimi əriyəcək, yalnız biri qalacaq. Vladimirin şöhrəti, Rusiyanın şöhrəti dünyada güclənəcək. Rusiya nəinki sağ qalacaq, həm də dünyaya hakim olacaq” – deyimini Vladimir Putinin adıyla əlaqələndirib “qələbələrinə inanmaqda” davam edirlər.

Amma, buna baxmayaraq, bu gün davam edən münaqişənin necə sonunçlanacağı barədə fikirlər hələ də müxtəlif olaraq qalmaqdadır.

Beləliklə, bu günlərdə “The Spatator” nəşrinə müsahibə verən ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də bu məsələdən yan keçməyib.Belə ki, o, Ukraynadakı münaqişənin üç mümkün nəticəsinin adını çəkib.

Onun sözlərinə görə, birinci ssenari rus qoşunlarının öz mövqelərinin arxasında qalmasını nəzərdə tutur. Siyasətçi bildirib ki, bu halda Rusiya nəticədə “Ukraynanın 20 faizini və Donbasın böyük hissəsini, əsas sənaye və kənd təsərrüfatı rayonlarını və Qara dəniz boyu bir zolağı alacaq”.

Kissincer vurğulayıb ki, belə bir variant Rusiya tərəfinin qələbəsi olacaq, Şimali Atlantika Alyansının dəyəri isə əvvəllər düşünüldüyü kimi “həlledici olmayacaq”.

İkinci ssenari Rusiyanı Krımdan “qovmağa çalışamağı” nəzərdə tutulur. Kissincer bu halda “Rusiyanın özü ilə müharibə məsələsinin yaranacağını” istisna etmir.

Üçüncü ssenaridə Ukraynanın Rusiyanı “saxlaya biləcəyi” və xüsusi əməliyyat başlamazdan əvvəl qarşıdurma xəttinin sərhədlərə “sıxılacağı” nəzərdə tutulur. Əslində, bu, Moskvanın itirilməsi demək olacaq. Amerikalı siyasətçi qeyd edib ki, bu halda Kiyev yenidən silahlanacaq. Onun sözlərinə görə, bu halda Ukrayna ilə NATO arasında sıx əlaqələr yaranacaq, ya da dövlət alyansın bir hissəsi olacaq.

ABŞ-ın keçmiş dövlət katibi Ukrayna prezidenti Vladimir Zelenskinin məhz üçüncü variantı həyata keçirməyə çalışdığına əmindir.

Siyasətçi bu ssenarini Qərb dövlətləri üçün “əhəmiyyətli nailiyyət” adlandırıb. O əlavə edib ki, Şimali Atlantika Alyansı Finlandiya və İsveçin də qoşulması ilə daha da güclənəcək və Ukrayna “Avropada ən böyük quru qoşunlarına” sahib olacaq.

Kissincerin başqa bir ehtimalına görə, “...yaxın tarixdə ilk dəfə Rusiya nüvə qüvvələri ilə Avropanı qoruyan əsas halqa kimi Amerika ilə deyil, bütövlükdə Avropa ilə birgə yaşamaq zərurəti ilə üzləşməli olacaq”.

Qeyd edək ki, bir müddət bundan əvvəl amerikalı politoloq Anatol Lieven ABŞ-ın Ukraynadakı münaqişəyə həddindən artıq cəlb olunmasını Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yarada biləcəyini bildirmişdi.

Maraqlıdır ki, Lieven Ukraynadakı münaqişənin növbəti qlobal səlib yürüşünün başlanğıcına çevrilməsi üçün ən pis ssenari ola bilməsini də gizlətməmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə