ABŞ Ukraynaya “F-16” qırıcıları almağı təklif edib

“Defence Bloq”un verdiyi məlumata görə, Amerika “F-16”-ları rusların “Su-27” və “MiG-29”-larını əvəz edə bilər

Amerikalı hərbi-sənaye şirkəti olan “Lockheed Martin” Ukrayna hökumətinə dördüncü nəsil “F-16 Fighting Falcon” qırıcı təyyarələrini almağı təklif edib.

Amerikanın analitik nəşri olan “Defence Bloq”-in verdiyi məlumata görə, amerikalılar Kiyevə Ukraynaya hava qüvvələrini ən yaxşı şəkildə modernləşdirməyə imkan verən “F-16 Block 70/72” qırıcı təyyarələri məsləhət bilib.

Qeyd edək ki, “Lockheed Martin” şirkəti Kiyevə həm yeni qırıcılar satmağa, həm də istifadə olunan döyüş təyyarələrini ukraynalılar üçün modernləşdirməyə hazır olduqlarını da bildirlər.

“Defence Bloq”-in verdiyi məlumata görə, Amerika “F-16”-ları Ukraynanın istifadəsində olan rusların “Su-27” və “MiG-29”larını əvəz edə bilər.

Təbii ki, bu arada Amerika-Ukrayna münasibətlərinə öz “qısqanclığını” gizlətməyən rus saytları, vaxtilə NATO-ya üzv olan ölkələrin Amerika istehsalı olan “F-35” qırıcı təyyarə həsrətinin sonrada “iflasa uğradığını” oxucularının nəzərinə çatdırmağı unutmayıblar.

Belə ki, rus saytları bir müddət əvvəl Amerikanın Müdafiə naziri olmuş Kristofer Millerin “F-35”-ləri nəzərdə tutaraq qürurla “biz bir canavar yaratdıq” sözlərini xatırladaraq, sonradan bu qırıcılarda 871 qüsurun tapıldığını, bu qüsurlardan 10-unun isə daha kritik olduğunu bildiriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə