Rus diplomat: "Rusiya İranla Səudiyyə Ərəbistanını barışdırmağa hazırdır"

"Rusiya Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır." Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Boqdanov qeyd edib ki, Rusiya tərəflər üçün danışıqların aparılması istiqamətində əlverişli şəraiti yaratmağa hazırdır.

"Regionda fəal aparıcı ölkələrin münasibətlərində yığılmış problemlərin həll olunmasının lazım olduğu qənaətindəyik. Tehran ilə Ər-Riyad arasında qarşılıqlı etimad mühiti yaradılsa, bir çox problemin həlli daha asan olar", - Boqdanov söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...