Türkiyədə mikroavtobus su kanalına aşıb

Türkiyədə mikroavtobus su kanalına aşıb

Türkiyənin Şanlıurfa vilayətində mikroavtobus su kanalına aşıb. Bu barədə "TRT Haber" məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə