Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampdan telefon zəngi qəbul edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BƏƏ-nin dövlət xəbər agentliyinin yaydığı məlumata görə, telefon danışığı zamanı iki lider Yaxın Şərqdə baş verən son hadisələri müzakirə ediblər. ABŞ və İran arasında davam edən qarşıdurma ilə bağlı isə görüşün detalları açıqlanmayıb.
Bəyanatda bildirilib ki, tərəflər “qarşılıqlı maraqları” dəstəkləmək məqsədilə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.
Qeyd olunur ki, müharibənin ilk altı həftəsi ərzində İran digər Körfəz ölkələri ilə müqayisədə BƏƏ-ni daha çox hədəfə alıb. Tehran “ABŞ obyektləri” kimi qiymətləndirdiyi hədəflərə 530-dan çox ballistik raket, onlarla qanadlı raket və 2 200-dən çox pilotsuz uçuş aparatı (PUA) göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB