Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub

Almaniyanın şimalında atışma zamanı beş nəfər həlak olub

Almaniyanın şimalındakı Ştade şəhərində atışma zamanı beş nəfər həlak olub. Hadisə ilə əlaqəli olduğunda şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan birinin atəş açan şəxs olduğu ehtimal edilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, cinayətin motivi hələ müəyyən edilməyib. Polisin məlumatına görə, bütün qurbanlar yetkinlik yaşına çatmış şəxslər olub. Zərərçəkənlərin sayı ilə əlaqədar məlumat dəqiqləşdirilir. Hüquq-mühafizə orqanları hazırda başqa şübhəlilərin axtarılmadığını bildirib. Saxlanılan ikinci şəxsin rolu hələ də araşdırılır. Polis hadisədən sonra sakinləri hadisənin baş verdiyi ərazidən uzaq durmağa çağırıb. Yerli media bundan əvvəl atışmanın Hamburqun qərbində yerləşən Stade şəhərindəki gənclər mərkəzinin yaxınlığında baş verdiyini bildirsə də, polis bu məlumatı təsdiqləməyib və istintaqın əlavə təfərrüatlarını açıqlamaqdan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə