Ukrayna “Moskva” kreyserinin necə məhv edildiyini göstərib...

Video Rusiya Qara Dəniz Donanmasının flaqman gəmisinin batmasının ildönümündə yayımlanıb...

...Vitse-admiral Aleksey Neyjpapa xatırladıb ki, Ukrayna dünyada müharibə zamanı düşmən raket kreyserini batıran yeganə ölkədir.

... Rusiya Qara dəniz donanmasının flaqman kreyseri olan “Moskva”nın Ukrayna donanması tərəfindən məhv edilməsi, hansı ki, “mövcud deyildi”..? Və Ukrayna müharibə zamanı düşmən raket kreyserini batıran dünyada yeganə ölkədir. Mən əsgərlərimizlə fəxr edirəm...

SİA-nın məlumatına görə, ukraynalı komandir bunu Facebook paylaşımında bildirib.

...Xatırladaq ki,13 aprel 2022-ci ildə Ukrayna Silahlı Qüvvələri Rusiya Qara dəniz donanmasının flaqman gəmisi olan “Moskva” kreyserini iki yerli istehsal olan RK-360MTs “Neptun” raketi ilə vurub.

Gəmi ciddi ziyan görüb, alovlanıb və onu dartmaq cəhdlərindən sonra 14 apreldə batıb və bu, Rusiyanın müharibədə ən baha başa gələn hərbi itkisi və İkinci Dünya Müharibəsindən bəri batırılan ən böyük hərbi gəmi olub.

...Qeyd edək ki, zərbə 13 aprel 2022-ci il axşamı, Zmeinı adası yaxınlığında, kreyser Ukrayna sahillərindən 90 kilometr aralıda olarkən baş verib.

Kreyserə hücum etmək üçün Ukraynanın “Neptun” qanadlı raketlərindən istifadə edilib, gəmiyə dəyən raket sursatını partlamasına səbəb olub.

Maraqlıdır ki, Rusiya gəmiyə hücumu gizlətməyə çalışıb. Əvvəlcə Rusiya iddia edib ki, gəmidə “sursatın partlaması” səbəbindən yanğın baş verib, daha sonra isə gəmi yedəklənərkən fırtına zamanı batıb. Lakin daha sonra Rusiya məhkəməsi raket zərbəsini rəsmi olaraq tanıyıb.

...Rusiya tərəfi yalnız 20 ekipaj üzvünün ölümünü və səkkiz nəfərin itkin düşdüyünü etiraf etsə də, bəzi mənbələr faktiki itkilərin xeyli yüksək olduğunu bildirir.

“Moskva” kreyseri Zmeinı adasının ələ keçirilməsində iştirak edib və bu da məşhur “Rusiya hərbi gəmisi” ifadəsinin yaranmasına səbəb oldu.

O, Rusiya donanması üçün hava hücumundan müdafiə təmin edib, raket zərbələri endirib və Ukrayna limanlarını blokadaya alıb.

Onun məhv edilməsi Rusiyanın dənizdəki etimadını sarsıtdı və düşmən gəmilərini Ukrayna sahillərindən daha da uzaqlaşmağa məcbur etdi.

“Moskva”nın məhv edilməsi Ukrayna silahlarının effektivliyini və Rusiya donanmasının məhdudiyyətlərini nümayiş etdirən güclü simvolik və strateji bir uğur idi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə