Rusiyaya məxsus qırıcı təyyarənin qalıqları dəniz səthində tapılıb.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin kəşfiyyatçıları Zmeynı adasının cənub-şərqində tapşırıqları yerinə yetirən rusların Su-30SM təyyarəsi ilə əlaqənin kəsilməsi barədə radioqəbul edib.
Çox güman ki, qırıcı təyyarə naməlum səbəblərdən qəzaya uğrayıb.
Hərbi Dəniz Qüvvələri işğalçıların axtarış-xilasetmə əməliyyatı apardığını bildirib.
İlkin məlumata görə, dəniz səthində təyyarə qalıqları aşkar edilib.
SİA-nın məlumatına görə, pilotlar hələ də tapılmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə