Avropa İttifaqı liderləri Trampa xəbərdarlıq edirlər...

ABŞ prezidenti Rusiyaya təzyiqi artırmalıdır...

...Bazar günü avropalılarla Ukrayna arasında ABŞ-ın vitse-prezidenti J.D.Vansın da daxil olduğu danışıqlarda Vaşinqtonun Rusiyanı daha çox sanksiya ilə hədələməli olduğu deyilib.

SİA xəbər verir ki, müzakirələrdə iştirak edən və ya müzakirələr barədə məlumat verən bir neçə rəsmi “Financial Times”-a bildirib.

Almaniya kansleri Fridrix Merz deyib ki, “Putin yalnız təzyiq altında hərəkət edir. Hərbi təzyiqlər kifayət qədər güclü deyil və ABŞ-ın sanksiyaları hələ tətbiq edilməyib. Əgər belə olsaydı, Rusiya iqtisadiyyatına ciddi təsir göstərərdi. Mən ABŞ prezidentini bunu etməyə çağırıram”.

...Avropa rəsmiləri həmçinin bildiriblər ki, potensial atəşkəs istənilən pozuntuya görə sərt sanksiyalarla dəstəklənməlidir ki, bu da Rusiyanın sülhün iqtisadi səmərəsini əldə edə bilməməsi və daha sonra müharibəni bərpa etməsini təmin etsin.

Gələn cümə günü Donald Trampın Putinlə Alyaskada görüşü “ya Rusiyaya təzyiqin artırılması istiqamətində, ya da Rusiyanın özündə bu müharibənin davam edə bilməyəcəyini anlayanda” nəzərəçarpacaq nəticələr verməlidir”.

Bunu da Merz əlavə edib.

Avropanın özü Rusiyanın dondurulmuş ehtiyatlarını təzyiq vasitəsi kimi nəzərdən keçirir, iki Avropa İtifaqı rəsmisi bildirib.

...Hansısa məqamda Rusiya Ukraynaya vurduğu zərəri kompensasiya etməsə, bu aktivlərlə nə edəcəyi ilə bağlı müzakirələr ola bilər.

Bunu Avropa İtifaqının yüksək rütbəli rəsmisi deyib.

Merz bazar günü ABŞ prezidentinin Putinlə gözlənilən görüşünü müzakirə etməli idi.

Bloomberg məsələ ilə tanış olan insanlara istinadən xəbər verir ki, digər Avropa liderləri də Trampla danışmaq istəyir. Avropa İtifaqı rəsmisinin sözlərinə görə, ABŞ diplomatik işlərdə fəal iştirak edir və Avropa ilə razılaşdırılmış mövqenin formalaşdırılmasında maraqlıdır.

London Kral Kollecinin Rusiya siyasəti üzrə eksperti professor Sem Qrin hesab edir ki, Alyaska görüşü həm Putin, həm də Trampın “özlərini bir küncə çəkməsinin” nəticəsidir. Qrin qeyd edir ki, Putin Trampın müddətində heç bir sülh təşəbbüsü elan etmək niyyətində deyildi ki, bu da onun təzyiq altında zəif görünməsi demək olardı; Tramp isə, səmərəsiz olsa, onu “iki dəfə zəif göstərəcək” sanksiyalardan narahatdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə