Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi...

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen yeni doqquzuncu anti-Rusiya sanksiyalar paketini açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları bəyan ediblər.

Fon der Leyenin sözlərinə görə, ölkənin üç yeni bankının Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə daxil edilməsi planlaşdırılır. Avropa Komissiyası həmçinin Rusiya banklarına Ümumrusiya Regional İnkişaf Bankı vasitəsilə əməliyyatlar aparmağı tamamilə qadağan etmək niyyətindədir.

Bundan əlavə, yeni sanksiyalar paketində fiziki şəxslərin siyahısını genişləndirməyi planlaşdırırlar. Onlar Rusiya Federasiyasının 200-ə yaxın vətəndaşını və təşkilatlarını bura daxil etmək istəyirlər.

Qeyd edək ki, burada söhbət hərbçilərdən, hərbi sənaye kompleksi müəssisələrindən, Dövlət Dumasının və Federasiya Şurasının üzvlərindən, nazirlərdən, siyasi partiyalardan, region rəhbərlərindən gedir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə