Turizm imkanlarımız Londonda keçirilən beynəlxalq sərgidə təbliğ edilir
Azərbaycanın turizm imkanlarının təbliğ olunması məqsədilə Azərbaycan Turizm Bürosu noyabrın 7-dən 9-adək Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisində (WTM London) iştirak edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən bildirilib ki, sərgidə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, həmçinin hotel qrupları və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 19 nümayəndə təmsil edir.
Sərgi çərçivəsində Azərbaycanın fərqli turizm məhsulları, xüsusilə milli mətbəx və şərabçılıq, haykinq, qış turizmi və mədəni marşrutları özündə əks etdirən məhsullar nümayiş olunur. Bununla yanaşı, Azərbaycan Turizm Bürosu tərəfindən cari il ərzində sıx əməkdaşlıq edilmiş tərəfdaşlar, o cümlədən media nümayəndələri ilə görüşlər və müsahibələr təşkil edilir.
Qeyd edək ki, Dünya Səyahət Bazarı sərgisi 1980-ci ildən etibarən hər il keçirilir və dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir. Bu il sərgiyə yüzdən çox ölkədən 3 min sərgi iştirakçısının və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.
Azərbaycan sonuncu dəfə Dünya Səyahət Bazarı sərgisində 2019-cu ildə iştirak edib və son iki sərgi pandemiya səbəbindən onlayn şəkildə baş tutub.
Məlumat üçün bildirək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 14 966 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 94 faiz artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB