Ruslar üçün səyahət məhdudiyyətləri yoxdur

Bu arada “Rosturizm”in rəhbəri Zarina Doquzova federal səviyyədə həm xaricə, həm də Rusiya daxilində səyahətə heç bir məhdudiyyət olmadığını bildirib.

“...Hazırda əlimizdə olan məlumata əsasən, əgər çağırış vərəqəsi almamısınızsa, o zaman səfərlərə gedə bilərsiniz. Federal səviyyədə hər hansı məhdudlaşdırıcı qaydalar barədə məlumatımız yoxdur”

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Doquzova bunu Telegram kanalında yazıb.

“Rosturizm” rəhbəri həmçinin Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun sözlərinə istinad edib, və hərbi komissarlığa səfərlərlə bağlı aydınlıq gətirmək üçün müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin sözçüsü kontr-admiral Vladimir Tsimlyanski bildirib ki, ölkəni qısamüddətli səfərlə tərk etmiş Rusiya Federasiyası vətəndaşları qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə