Azərbaycanda ovçuluq turizmi bu gün inkişaf edirmi? - KLUB RƏHBƏRİ DANIŞDI

"Hazırda Azərbaycanda ovçuluq turizmi inkişaf mərhələsindədir. SSRİ dönəmində də Azərbaycanda ovçuluq turizmi olub". Bu sözləri SİA-ya açıqlamasında "Hunting Az" klubunun rəhbəri Cavid Cavadzadə deyib.

Onun sözlərinə görə, hazırda ovçuluq turizmi sahəsində Azərbaycan da bir çox ölkələr sırasına daxil olmaq üzrədir: "Əlbəttə ki, ovçuluğa maraq var. Ölkə əhalisinin sayı ilə nisbətdə vətəndaşlar arasında ovçuluğa maraq göstərən insanlar çoxdur.

Ovçuluq turizminə qarşı baxış əlbəttə ki, çox yaxşıdır. Yəni Azərbaycanda ovçuluq turizminin inkişafı üçün gözəl və təbii şərait var. Hətta Azərbaycan ov turizmini yalnız öz vətəndaşlarımız üçün deyil, ölkə xaricində ova maraq göstərənlər üçün də əlverişli etmək mümkündür. Bu yolda müəyyən addımlar atılır. Amma problemə gəldikdə isə bir çox problemlər də vardır ki, Azərbaycanda ov turizminin inkişafını ləngidir. İlk olaraq onu qeyd edim ki, Azərbaycanda fərdi ovçuluq təsərrüfatları yoxdur. Bundan əlavə olaraq ov üçün əlverişli olan regionlarda ov marşrutlarının olmaması, aidiyyatı qurum tərəfindən lisenziyanın düzgün paylanılmamasıdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə