Finlandiya turist vizası olan ruslar üçün əlçatan olacaq, lakin...

Finlandiya turist vizası olan rusların ölkəyə girişini tamamilə qadağan etməyi planlaşdırmır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Jussi Tanner bildirib.

O, Baltikyanı və Polşadan fərqli olaraq, tam qadağa və viza ilə bağlı vəziyyətin hər hansı tez dəyişməsi ehtimalını inkar edib.

“…Finlandiya artıq bir neçə həftə əvvəl viza siyasətini sərtləşdirdi və bu, bazar ertəsi qüvvəyə minən Avropa İttifaqının vizadan azad edilməsinə uyğundur”.

Qeyd edək ki, Tanner bunu “Yle” telekanalına bildirib

Departament rəhbəri xatırladıb ki, sadələşdirilmiş viza rejimindən imtina nəticəsində viza rüsumu iki dəfədən çox artaraq 35 avrodan 80 avroya yüksəlib. Sənədlərin işlənməsi vaxtı da artıb - indi 10 yox, ən azı 15 gündür. Daha sərt sənəd tələbləri də qüvvəyə minib.

“…Milli səviyyədə biz turist vizası üçün müraciətlərin sayını kifayət qədər az sayda məhdudlaşdırmışıq. Onlar təqdim oluna bilər, lakin onlara fərdi qaydada baxılacaq və qanunla dəqiq müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək”.

Qeyd edək ki, bunu da Jussi Tanner bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə