Fransa ruslara qısamüddətli viza verməyə davam edəcək

Fransa ruslara qısamüddətli viza verməyə davam edəcək. Bununla yanaşı, viza rüsumu və müraciətlərə baxılma müddəti artırılacaq. “

Ödəniş hər kəs üçün 35 avrodan 80 avroya yüksələcək. Müraciətə baxılması 45 günə qədər çəkə bilər, viza almaq istəyənlərə səfərlərini planlaşdırarkən bu müddəti nəzərə almaları tövsiyə olunur”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu Fransanın Moskvadakı səfirliyinin rəsmi saytında deyilir.

...Mesajda qeyd olunur ki, əvvəlki kimi ölkəyə giriş icazəsi üçün sorğu xüsusi portal vasitəsilə, kağız sənədlər isə Rusiyada fəaliyyət göstərən 18 viza mərkəzindən birində qəbula yazılmaqla təqdim edilməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə