Rus rublu Misirdə də "işləyəcək"..?

Sentyabrın sonundan rus rublunun Misirdə istifadə olunan valyutalar siyahısına daxil edilməsi planlaşdırılır.

SİA xəbər verir ki, “RİA Novosti” bunu “Tez Tour” turizm şirkətlərinin mətbuat xidmətinə istinadən yayıb.

Beləliklə, “Tez Tour”un Misir Mərkəzi Bankının məlumatlarına istinadla verdiyi məlumata görə, başqa amillərlə birlikdə turizm şirkətləri və otellərə ödəniş üçün rubl qəbul etmək imkanının təmin edilməsi yeni mövsümdə turist axınına müsbət təsir göstərə biləcək.

Misir turizm şirkətlərinin yaydığı məlumata görə, payız-qış dövründə ruslar üçün ən populyar istiqamət guya Misirdir.

Belə ki, bu dövrdə turların ümumi həcminin təqribən 50 faizə yaxınını məhz ruslar alırlar. Bundan əlavə, ruslar arasında bu ölkəyə tələbat Yeni il turların da önəmli yer tutur.

Qeyd edək ki, rus saytlarının yazdığına görə, bu il Rusiyanın xarici turizm bazarı faktiki olaraq hələ də birbaşa uçuşlara icazə verən beş ölkəyə qədər kiçilib.

Təbii ki, bu beş ölkə arasında hələ ki, lider rusiyalı turistlərin 60 faizinin səfər etdiyi Türkiyədir.

Deyilənlərə görə, Türkiyədən sonra Abxaziya, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Maldiv adaları gəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə