2022-ci ilin ilk 7 ayında ölkəmizə gələn turist sayında ötən ilin müvafiq dövrünə müqayisədə 128,28% artım olduğu açıqlanıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ilin yanvar-iyul aylarında ölkəyə gələn ziyarətçilərin sayı ilə bağlı açıqladığı hesabata görə, yanvar-iyul ayları ərzində ziyarətçi sayı ötən ilin müvafiq dövrünə ilə müqayisədə 128,28 faiz artaraq 23 milyon 30 min 209 nəfər olub. SİA bu barədə Türkiyə saytlarına istinadən xəbər verir.
Hesabatda bildirilib ki, Türkiyəyə ən çox turistin gəldiyi ölkələr arasında Almaniya ilk sıradadır ( 2 milyon 992 min 551 nəfər). Bu ölkəni Rusiya, İngiltərə (Böyük Britaniya), Bolqarıstan və İran izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB