Rusiyada turistlərin qastronomik ləzzət almaq üçün getdiyi ən məşhur şəhər Kazandır.
SİA xəbər verir ki, “RİA Novosti” bu barədə “Rabota.ru” və “YuKassa” servislərinin araşdırmasına istinadən məlumat yayıb.
Beləliklə, respondentlərin 47 faizi Tatarıstanın paytaxtını ölkədə qastronomik turizm üçün ən yaxşı yer kimi qiymətləndirib.
Maraqlıdır ki, Həştərxan da reytinqə düşüb. Respondentlərin 39 faizi bu şəhərə səs verib. 31 faiz Soçini qastro-turlar üçün əsas şəhər adlandırmağa üstünlük verir. Respondentlərin 26 faizi isə Kavminvody və Vladivostokun da belə bir ada layiq olduğunu bildiriblər.
Qeyd edək ki, ruslar əsasən milli mətbəxi dadmaq üçün səyahət etməyi sevirlər. Belə ki, rəyi soruşulanların 57 faizi bu növ istirahətin tərəfdarı olduqlarını bildiriblər. Respondentlər səyahət zamanı qida ilə bağlı vacib amillər kimi təzə balıq və dəniz məhsulları, şirəli tərəvəz və meyvələr, eləcə də yerli təsərrüfat məhsulları yemək imkanını qeyd ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB