Rusların ABŞ-a viza almasına məhdudiyyət yoxdur

ABŞ hakimiyyəti Rusiya vətəndaşları üçün viza almaq imkanlarını məhdudlaşdırmır. Onlar ABŞ-ın dünya üzrə diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər.

SİA “RİA Novosti”nin verdiyi məlumata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisinin müavini Culi Stafft deyib.

“Rusiya vətəndaşları üçün heç bir məhdudiyyət yoxdur. Ruslar dünyanın demək olar ki, istənilən səfirliyinə müraciət edə bilərlər. Biz bunu hər gün görürük”. Qeyd edək ki, bunu Stafft bildirib.

Xatırladaq ki, daha əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştreit Avropa İttifaqının Rusiyaya qarşı yeddinci sanksiyalar paketinin məzmununu, o cümlədən Şengen vizalarının verilməsinin dayandırılması məsələsini müzakirə etdiyini bildirmişdi.

Bu arada Estoniyanın baş naziri Kaya Kallas, Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağın lazım olduğunu bildirib.

“...Rusiyaya dost olmayan Avropa ölkələri “şüursuzluq həddinə qədər” sanksiyalar tətbiq edir, onlar ümid edirlər ki, zaman keçdikcə “sağlam düşüncə birtəhər özünü göstərəcək””.

Bunu isə Kreml bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə