Antaliyaya gələn xarici turistlərin sayı 91 faiz artıb

Türkiyə məlum pandemiya məhdudiyyətlərinin əsas hissəsini aradan qaldırmaqla ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrindəki tənəzzülə son qoymağa nail olub

Türkiyə məlum pandemiya məhdudiyyətlərinin əsas hissəsini aradan qaldırmaqla ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrindəki tənəzzülə son qoymağa nail olub. Görülən ciddi tədbirlər sayəsində Antaliyaya gələn turistlərin sayı sürətlə artır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Cari il yanvarın 1-dən avqustun 5-dək Antaliyaya gələn xarici turistlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artıb. Bildirilir ki, bu dövrdə təyyarə ilə bölgəyə 7 milyon 76 min 937 turist gəlib.

Qeyd edək ki, Antaliya ötən il qeyd olunan zaman kəsiyində təyyarə ilə cəmi 3 milyon 705 min 771 nəfər qəbul etmişdi. Digər vasitələrlə bölgəyə gələn turist sayında da ciddi artım müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə