3 gəmi ilə 2300 turist İzmirə gəldi

İtaliya bayraqlı “Costa Venezia”, Marşal (Marshall) adaları bayraqlı “Nautica” və “Seven Seas Explorer” (Yeddi dəniz kəşfiyyatçısı) kruiz gəmiləri 2300 sərnişinlə İzmir limanına yan alıb.

SİA-nın əldə etdiyi məlumata görə, Marşal adaları bayrağı olan 180 metr uzunluğundakı "Nautica" Rodos adası, "Seven Seas Explorer" ise Yunanıstanın Qitio (Gythio) şəhərindən yola düşərək izmirə gəliblər.

2116 kabinli turistik "Costa Venezia" kruiz gəmisi isə Quşadasından şəhər limanına yaxınlaşıb.

Turistlərin bir qismi Efes antik şəhəri, Məryəm Ana Evi və Çeşme-Alaçatı tarixi bölgələrinə gedib, bəziləri isə İzmirin içində gəziblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...