Turistləri Azərbaycana cəlb etmək üçün bu netodlar tətbiq olunmalıdır - DİQQƏT! - TURİZM EKSPERTİ DANIŞDI

“Hazırda yay mövsümündəyik və mətbuatda verilən açıqlamalarda da qeyd edilib ki, yanvar-may aylarında ölkəmizi ziyarət edən xarici vətəndaşların sayı əvvəlki illərə nisbətən iki dəfədən artıqdır”. Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib.

Onun sözlərinə görə, bu, məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır: “Eyni zamanda bu illərdə insanlara səyahət etməyə daha çox üstünlük verirlər. Onu da qeyd edim ki, yay mövsümündə daha çox turist axını müşahidə olunur. Məhdudiyyətlərin aradan qaldırılması turizm sahəsində böyük inkişafa səbəb olub. Əvvəlki illərə nisbətən həm ölkəmizə gələn turistlərin, həm də digər ölkələrə gedən turistlərin sayında artım müşahidə olunur. Adətən o yerlərə daha çox səfər edirlər ki, o yerlərdə turizm infrastrukturu daha çox inkişaf edib. Eyni zamanda paytaxta təxminən 3 saatlıq məsafədə olan turizm bölgələrinə daha çox səfərlər həyata keçirilir. Həmin ərazilərdə turistlərin həm əyləncəsi üçün, həm də gecələməsi üçün kifayət qədər şərait yaradılıb. Amma hər zaman olduğu kimi həftəsonları turistlər həmin bölgələrə daha çox səfər edirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə