Ötən ay ölkəyə gələn əcnəbilərin sayı AÇIQLANIB

Ötən ay ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb. Dövlət Turizm Agentliyindən SİA-ya bildirilib ki, mayda ölkəyə 137 491 xarici vətəndaş gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 faiz artım qeydə alınıb. Belə ki, 2021-ci ilin mayında ölkəyə 51 637 əcnəbi gəlmişdi.

Cari ilin yanvar-may aylarında isə ölkəyə gələn xarici vətəndaşların sayı 468 170 nəfər olub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 118 faiz çoxdur. 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana 214 628 əcnəbi daxil olub.

Xarici vətəndaşların ən çox gəldiyi ölkələr arasında ilk beşlikdə Türkiyə (32 726), Rusiya (28 824), İran (16 139), Səudiyyə Ərəbistanı (8671) və Gürcüstan (6314) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...