Kapadokya bölgəsinə turist axını artaraq davam edir

YUNESKO-nun (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Ümumdünya Mədəni İrs Siyahısına daxil olan turizm cənnəti Kapadokya ilin ilk 5 ayında 1 milyondan çox ziyarətçi qəbul edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Nevşehir Valiliyinin açıqladığı hesabatda bu barədə məlumat verilib. Bildirilib ki, qayaya oyulmuş tarixi tikililər, təbii, tarixi və mədəni abidələr, yeraltı şəhərləri ilə yerli və xarici turistlərin diqqətini cəlb edən Kapadokya 5 ay ərzində 1 milyon 30 min 491 turistə ev sahibliyi edib. Bu da son üç ilin rekordu hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə