Daha İspaniyaya da getmək olacaq...

Bu gündən etibarən İspaniya hökuməti COVID-19-a qarşı peyvənd olunmamış Avropa İttifaqına daxil olmayan səyahətçilər üçün ölkəyə giriş qaydalarını yüngülləşdirib.

Ölkədə nəşr olunan “La Informacion”nun məlumatına görə, turistlər sərhədi keçərkən yalnız gəlmədən ən azı 72 saat əvvəl edilən koronavirus üçün PCR testinin mənfi nəticəsini və ya bir gündən çox olmayan antigeni təqdim etməlidirlər.

“...Əla xəbər - pandemiyanın yeni mərhələsi İspaniyaya daxil olarkən vətəndaşların sağlamlığı ilə bağlı tələbləri yüngülləşdirməyə imkan verir... Avropadan kənar turistlərin yüksək mövsümdə ölkəyə gəlməsi daha asan olacaq”, - deyə Krallığın Sənaye, Ticarət və Turizm naziri Reyes Maroto bildirib.

Yeri gəlmişkən, mayın 3-də Serbiya hökuməti koronavirusa görə respublikaya girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Qeyd edilir ki, qərar epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilsə də, amma pandemiyanın bitməsi demək deyil.

...Fevral ayında isə Dominikan Prezidenti Luis Abinader ölkədəki bütün koronavirus məhdudiyyətlərinin qaldırıldığını elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə