Baltikyanı ölkələrə gələn ruslar çoxalır...

Bu ilin martında Rusiya ilə qonşu olan Baltikyanı ölkələr rusiyalı turist axınında kəskin artım qeydə alıb.

Bunu “RBC” Estoniya, Latviya və Finlandiyanın statistikasına istinadən xəbər verir.Qeyd edək ki,

statistika mehmanxanalarda və digər rəsmi kollektiv yerləşdirmə vasitələrində gecələyən Rusiya Federasiyasının vətəndaşlarını nəzərə alır.

Beləliklə, Finlandiyada, belə məlumatlara görə, bu ilin mart ayında 3,9 min rusiyalı otellərdə qalıb. Finlərin etirafına görə, bu ötən illərlə müqayisədə xeyli çoxdur.

Rusiyadan gələn qonaqların sayında demək olar ki, eyni artım - 9,2 dəfə - Estoniyada qeydə alınıb: 2022-ci ilin martında bir il əvvəlki 639 nəfərə qarşı 5,9 min rus yerli otellərdə qalıb.

Rusiya həm də 2022-ci ilin birinci rübündə vətəndaşları Latviyaya ən çox səfər edən ilk beş ölkəyə daxil olub. Onun mərkəzi statistika bürosunun məlumatına görə, bu ilin ilk üç ayında yerli otellərdə 6,1 min rusiyalı qalıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Eyni zamanda, Latviyaya gələn rusların təxminən yarısı - 2,7 min nəfər səfəri mart ayında edib.

Litvaya turist axını ilə bağlı məlumatlar ayrı-ayrı aylar üzrə bölüşdürülmədən yalnız 2022-ci ilin birinci rübü üçün mövcuddur. Bu məlumatlara görə, yanvar-mart aylarında Litva öz otellərində 3,4 min rusiyalı qəbul edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə