Bodruma kruiz gəmisi ilə 237 turist gəlib

Muğla vilayətinin Bodrum qəsəbəsinə "Seabourn Encore" adlı kruiz gəmisi ilə 237 turist gəlib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bodrum Kruiz Limanına yanaşan Baham bayrağı daşıyan 179 metr uzunluğundakı gəmidə ümumilikdə ABŞ və İngiltərə vətəndaşı 237 sərnişin və 443 ekipaj üzvü olduğu bildirilib.

Gömrük işlərindən sonra şəhər mərkəzini və tarixi yerləri gəzən turistlər sahildəki restoranlarda yemək yeyib, Bodrum bazarında alış-veriş ediblər.

Tur çərçivəsində Çeşmə Limanından gələn kruiz gəmisinin növbəti dayanacağının Rodos olacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə