Fəlsəfə və Sosiologiya İnstitutunun alimi vəfat edib BAŞSAĞLIĞI

Fəlsəfə və Sosiologiya İnstitutunun alimi vəfat edib BAŞSAĞLIĞI

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işcisi, fəlsəfə üzrə fəlsəfə doktoru Adil Cəmil oğlu Qurbanov dünyasını dəyişib

Adil Qurbanov 1958-ci ildə Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Minbaşılı kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, daha sonra T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinin “sosial-siyasi münasibətlər” fakültəsinə əyani təhsilini davam etdirmək üçün göndərilmişdir. 1991-ci ildə Kiyev Dövlət Universitetinin “filosof, sosial-siyasi münasibətlər” üzrə ixtisasıı bitirmişdir. Sosial fəlsəfə ixtisası üzrə “Tarixi prosesdə ekoloji komponentlərin rolu (sosial-fəlsəfi təhlil)” adlı dissertasiya mövzusunu müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır. Adil Cəmil oğlu Qurbanovun Azərbaycanda və beynəlxalq elmi jurnallarda 60-dan çox elmi məqaləsi dərc olunub. Sivilizasiyanın ekoloji perspektivləri adlı kitabı, tədris proqramı, qloballaşma, milli identiklik məsələləri, inteqrasiya prosesləri və multikulturalizm, cəmiyyətin və elm-təhsil sisteminin informasiyalaşdırılması, qloballaşmada milli mentalitet məsələləri və s. problemlemlərə dair əhəmiyyətli tədqiqatlar aparmışdır. O, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi və Sumqayıt Dövlət Universitetinin Sosial elmlər kafedrasının dosenti vəzifəsində calışırdı.

Allah rəhmət eləsin…!

Bütün xəbərlər Facebook səhifəmizdə