Keçən il İstanbula gələn turist sayı

İstanbul keçən il 9 milyon 25 min 4 xarici turisti qonaq edib.

SİA xəbər verir ki, İstanbul vilayəti Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2021-ci ildə İstanbula gələn xarici turistlərin sayı 9 milyon 25 min 4 nəfər olub. 2020-ci ildə 5 milyon 1981 nəfərin ziyarət etdiyi şəhərdə turist sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80 faiz artıb.

Ötən il İstanbul Hava Limanından 6 milyon 245 min 189, İstanbul Sabiha Gökçen Hava Limanından 2 milyon 728 min 505, Atatürk Hava Limanından 14 min 210 turist gəlib.

2021-ci ildə dəniz yolu ilə şəhərə 37 100 əcnəbi turist gəlib.

Ötən il şəhəri 832 min 915 nəfərlə ən çox Almaniyadan gələn turistlər ziyarət edib.

Bu ölkəni, 769 min 127 turistlə İran, 747 min 285 turistlə Rusiya, 379 min 572 nəfərlə Fransa, 340 min 323 nəfərlə İraq, 335 min 620 turistlə Ukrayna, 324 min 32 turistlə ABŞ, 259 min 774 turistlə Hollandiya, 232 min 859 turistlə Özbəkistan, 229 min 876 turistlə İngiltərə izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə