İtaliya səyahət məhdudiyyətlərini yumşaldır

İtaliya koronavirus (COVID-19) epidemiyasının yeni ştamları səbəbindən Avropa İttifaqına (Aİ) üzv ölkələrə tətbiq etdiyi səyahət məhdudiyyətlərini yumşaltmaq qərarına gəlib.

SIA xəbər verir ki, İtaliya fevral ayından etibarən Aİ ölkələri üçün məhdudiyyətləri yumşaltmağa başlayacaq.

Səhiyyə naziri Roberto Speranzanın imzaladığı qərara əsasən, fevralın 1-dən etibarən Avropa İttifaqı ölkələrindən İtaliyaya gələnlərdən vaksin sertifikatı və ya COVID-19-dan sağaldıqlarına dair sənəd, eləcə də nəticəsi mənfi olan test (son 48 saat ərzində) tələb olunacaq. Həmçinin 5 günlük karantin tələbi ləğv edilib.

Xatırladaq ki, İtaliya koronavirusun “omikron” ştamının sürətlə yayılmasını əsas gətirərək dekabrın 14-də bir çox ölkəyə, o cümlədən Aİ ölkələrinə səyahət məhdudiyyətləri tətbiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə