Afyonkarahisara yeni il münasibəti ilə turist axışır

Türkiyənin əhəmiyyətli geotermal qaynaqlara malik şəhərlərindən Afyonkarahisarda termal otellərin yeni il rezervasiyası 100 faizə çatıb.

SİA xəbər verir ki, təxminən 27 min çarpayı tutumu olan şəhərdə beşulduzlu otellər də daxil olmaqla bir çox obyektdə rezervasiya edən turistlər həm istirahət edəcək, həm də şəfalı sularda müxtəlif xəstəliklərdən müalicə olunmaq imkanına qovuşacaqlar.

Zəfər Turistik Otelcilər və Operatorlar Dərnəyinin sədri Əli Gümüşhan bu barədə məlumat verib. Yeni il tətilində də Afyonkarahisara marağın yüksək olduğunu ifadə edən Gümüşhan: “otellərdə doluluq nisbəti 100 faizə çatıb. Bütün otellərdə yeni il şənliyi keçiriləcək. Sənətçilər olacaq. Yeni il həftəsonuna təsadüf etdiyi üçün qonaqlar termal keyfini yaşayaraq və musiqi dinləyərək 2022-ci ilə qədəm qoyacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...