Avropa İttifaqında hava yolu ilə səfərə çıxanların sayı

Avropa Statistika Mərkəzi (Eurostat) Aİ üzvü 27 ölkədə 2020-ci ildə hava yolu səyahətlərilə bağlı məlumatları açıqlayıb

Avropa İttifaqında (Aİ) hava yolu ilə səfərə çıxanların sayı yeni tip koronavirus (Covid-19) epidemiyasının başlandığı 2020-ci ilin əvvəli ilə müqayisədə 73,3 faiz azalıb.

SİA xəbər verir ki, Avropa Statistika Mərkəzi (Eurostat) Aİ üzvü 27 ölkədə 2020-ci ildə hava yolu səyahətlərilə bağlı məlumatları açıqlayıb. Buna əsasən, Aİ ölkələrində hava yolu sektoru 2020-ci ildə epidemiya səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər və səyahət qadağalarından ciddi şəkildə təsirlənib.

Aİ ölkələrində 2019-cu ildə 1 milyarddan artıq hava yolunda sərnişin sayı 2020-ci ildə 73,3 faiz geriləyərək 277 milyona enib. Sözügedən səfərlərin 45 faizi Aİ xaricinə, 33 faizi Aİ ölkələri arasında, 22 faizi isə daxili xəttlərdə edilib.

Hava sərnişinləri sayında ən sərt eniş 83,3 faizlə Sloveniya, 82,4 faizlə Slovakiya, 81,9 faizlə Xorvatiyada olub. Sözügedən eniş Almaniyada 74,5, Fransada 69,9, İtaliyada 74,9, İspaniyada 74,6 nisbətində reallaşıb.

Bu dövrdə Aİ ölkələrində ən çox hava səfəri 22,2 milyonla Paris CDG (Fransa), 20,9 milyonla Amsterdam (Hollandiya), 18,7 milyonla Frankfurt (Almaniya) və 15,5 milyonla Madrid (İspaniya) limanlarında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə