İstanbula gələn turist sayında rekord artım

Oktyabr ayında İstanbula gələn turist sayı 1 milyon 152 min 771 nəfərə çatıb ki, bu da son iki ilin ən yüksək göstəricisidir.

SİA xəbər verir ki, İstanbul Vilayət Mədəniyyət və Turizm Müdirliyi bu barədə məlumat yayıb. Bildirib ki, ilin ilk 10 ayında şəhərə gələn xarici turistlərin sayı 6 milyon 982 min 691 olub. Oktyabr ayında fərqli məqsədlərlə İstanbulu seçim edən əcnəbilərin sayı ötən ilin müvafiq dövrünə müqayisədə 116% artaraq 1 milyon 152 min 771 nəfər olub. İstanbula gələn əcnəbilər arasında 102 min 220 turistlə iranlılar birinci sırada iştirak edib.

Bu ölkəni sırası ilə Rusiya (101 min 21 turist), Almaniiya (98 min 251 turist), Fransa (49 min 944 ), İngiltərə (46 min 366), İraq ( 36 min 742 ), ABŞ(34 min 152), Ukrayna (33 min 653), Hollandiya (31 min 724) və İsrail (29 min 728) izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...