İran turistlər üçün vizaların verilməsini bərpa edir

İran hakimiyyəti təxminən iki illik fasilədən sonra əcnəbilər üçün turist vizalarının verilməsini bərpa edib.

SİA xəbər verir ki, həm qrup, həm də fərdi səyahətlər üçün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd olunub ki, turistlərin İran sərhədindən keçmək üçün peyvənd sertifikatı və mənfi PCR testi təqdim etməlidirlər.

İran hakimiyyəti 2020-ci ilin yazında turist vizalarının verilməsini dayandırıb. Hazırkı qərar ölkədə koronavirusa qarşı peyvənd olunan şəxslərin sayının artması ilə bağlı xəbərlər fonunda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə