Kapadokya turist sayında rekord vurub

Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən olan Kapadokya ilin 10 ayında 1 milyon 917 min 657 yerli və xarici turistdə ev sahibliyi edib

Pəri bacaları, qayalara oyulmuş tarixi tikililəri, yeraltı şəhərləri və müxtəlif əyləncə tədbirləri ilə dünyanın hər yerindən turistləri cəlb edən Kapadokya, keçən il Covid-19 əleyhinə mübarizə çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiqinə baxmayaraq 874 min 424 turistdə ev sahibliyi etdi. SİA bu barədə türk mətbuatına istinad edir.

Lakin cari ilin müvafiq dövründə ziyarətçi sayında rekord artım qeydə alındı. Bildirilir ki, Kapadokyanı bu ilin 10 ayında ziyarət edənlərin sayı 1 milyon 917 min 657-yə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə