Türkiyə Dövlət Statistika Komitəsi cari ilin iyul-sentyabr ayları üzrə turizm statistikasını açıqlayıb. Hesabata görə turizm gəliri ilin üçüncü rübündə 11 milyard 395 milyon 117 min dollar olub. SİA bu barədə türk mətbuatına istinad edir.
Turizm gəlirinin (mobil telefon rouminqi və marina xidməti xərcləri istisna olmaqla) 78 faizi xarici turistlərdən 22 faiz isə xaricdə yaşayan vətəndaş turistlərdən əldə edilib. Sözügedən dövrdə edilən xərclərin 9 milyard 63 milyon 42 min dollarını şəxsi xərclər, 2 milyard 332 milyon 75 min dollarını isə paket tur xərcləri təşkil edib. Bu dövrdə bir gecəlik orta xərc 74 dollar, Əcnəbilərin orta hesabla gecəlik xərci 78 dollar, xaricdə yaşayan vətəndaş turistlərin gecəlik xərcləri 61 dollar olaraq proqnozlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB