YAP Səbail rayon təşkilatının fəalları şəhid Cavidan İbrahimlinin ildönümündə iştirak ediblər ANIM

YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan İbrahimli Cavidan Nizami oğlunun ildönümündə iştirak edib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun məzarını və ailə üzvlərini ziyarət etdi. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan İbrahimli oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid Cavidan Ağayev ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Yeni Azərbaycan Partiyasının hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini bildirmişlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...