Antalyaya turistlər gəlməkdə davam edirlər

2021-ci ilin ilk 9 ayında Antalyaya gələn turist sayı 8 milyon 38 min 761-ə çatıb.

TRT-nin Antalya Mədəniyyət və Turizm Müdirliyinə istinad etdiyi xəbərinə görə şəhəri ziyarət edən turist sayı artmağa davam edir. SİA bu barədə türk mətbuatına istinad edir.

Bildirilir ki, 17 Oktyabra qədər istirahət məqsədi ilə Antalyaya gələn turist sayı 1 milyon nəfəri ötüb. 2020-ci ilin 1 Yanvar -17 Oktyabr tarixləri arasında 3 milyon 70 min 854 turisdə ev sahibliyi edən şəhər cari ilin müvafiq dövründə 8 milyon 38 min 761 turisti qarşılayıb. Bu da istirahət üçün Antalyanı seçim edən turistlərin sayında böyük artım olduğunu göz önünə sərir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə