Rusiyalı turistlər üçün özəl təkliflər

Rusiyada yaşamış tanınmış azərbaycanlıların buradakı irsini görmək üçün rusiyalı turistlərə tur-paket təqdim ediləcək.

Azərbaycan Rusiya bazarı üçün turizm məhsulları hazırlayır. Bu barədə açıqlamanı Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova məlumat verib.

O, bidlirib ki, bu tematik turizm marşrutudur. Onun sözlərinə görə, tematik marşrutlar xüsusi məzmun üzərində yığılır:

"Bunlardan biri Sovet dövründə Azərbaycanda çəkilən filmlərdir. Biz həmin filmləri toplayıb onun üzərində bir marşrut hazırlayırıq. Həmin turizm marşrutu hazır olduqdan sonra tur-operatorlara təqdim edilir. Onlar da həmin turizm marşrutunu turistlərə təqdim edirlər".

Ş. Həsənova bildirib ki, Rusiya bazarı üçün nəzərdə tutulmuş tematik marşrutlardan biri də, Azərbaycanın Rusiyada yaşamış görkəmi şəxsləri barədədir:

"Rusiyada yaşamış tanınmış azərbaycanlıların buradakı irsini görmək üçün rus turistlərə tur paket təqdim ediləcək. Məsələn, Müslüm Maqomayevin Azərbaycandakı irsini görmək üçün rusiyalı turistlər üçün turizm marşrutu təqdim edilməsi nəzərdə tutulur. Bu qəbildən bir çox marşrutlar nəzərdə tutulur".

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə