Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər

Oktyabrın 14-dən etibarən İndoneziya hakimiyyəti daha beş ölkədən - Çin, Cənubi Koreya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Yeni Zelandiyadan olan turistlərin daxil olmasına icazə verib.

SİA-nın məlumatına görə, oktyabrın sonuna qədər İndoneziya səlahiyyətlilərinin daha 13 ölkədən turistlərin girişinə icazə verəcəyi gözlənilir. Lakin bu siyahıya hansı dövlətlərin daxil olduğu hələ açıqlanmayıb.

Bildirilir ki, Bali adasına gəldikdən sonra məcburi beş günlük karantindən keçilməlidir.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...