Qubada ağacəkmə aksiyası keçirilib FOTOLAR

27 Sentyabr Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov, aparat işçiləri və partiya fəalları YAP Quba rayon təşkilatının inzibati binasının ətrafında ağacəkmə aksiyasını həyata keçiriblər. Bu aksiya ərazi ilk partiya təşkilatları tərəfindən yerlərdə də həyata keçirilməkdədir. Aksiyanın keçirilməsində məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək məqsədi daşıyır. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından azad olunması uğrunda canından keçən Azərbaycanın mərd oğulları - şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onlar daim bizim qəlbimizdə yaşayacaqdır.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə