İki türk dövləti turizm əlaqələrini genişləndirir

Macarıstan və Özbəkistan şəhərlərini birləşdirən birbaşa uçuşlar

Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Budapeşt ilə Daşkənd, Səmərqənd, Buxara arasında birbaşa uçuşlar açılacaq. Bu təşəbbüsü Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov və Macarıstanın Xarici İqtisadi Əlaqələr və Xarici İşlər naziri Peter Siyarto müzakirə ediblər.

Tərəflər ölkələr arasında turist axınının artırılması və "WizzAir" ucuz hava yolu şirkəti tərəfindən Budapeştdən Səmərqəndə birbaşa uçuşların açılması məsələsini müzakirə ediblər. Gələcəkdə Daşkənd və Buxara ilə hava nəqliyyatının açıla biləcəyi də istisna deyil.

Yeri gəlmişkən, Özbəkistan yaxın vaxtlarda bu uçuşların başlaması üçün lazım olan şəraiti yaratmağa hazır olduğunu bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...