Səudiyyə Ərəbistanı daha üç ölkəyə səyahət qadağasını ləğv etdi

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Cənubi Afrika və Argentinaya səyahət qadağasının tətbiqinə son qoyulduğunu açıqlayıb

TRT-nin Səudiyyə Ərəbistanının SPA agentliyinə istinad etdiyi xəbərinə görə Daxili İşlər Nazirliyi; yeni tip koronavirus (Covid-19) əleyhinə mübarizə çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika və Argentinaya tətbiq edilən səyahət qadağasına bu gündən tutmuş son qoyulduğunu elan edib. Sözügedən üç ölkədən gələnlərin Səudiyyə Ərəbistanına daxil olmalarına və Səudiyyə vətəndaşlarının bu ölkələrə səyahət etmələrinə icazə veriləcək.

Nazirliyin açıqlamasına görə qərar dünyada Covid-19 ilə əlaqəli vəziyyəti təhlil edən sağlamlıq təşkilatlarının qiymətləndirmələri çərçivəsində qəbul edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı iyul ayında BƏƏ, Vyetnam və Efiopiya ilə qarşılıqlı uçuşların epidemiya səbəbindən dayandırıldığını açıqladı. Fevral ayında isə diplomatlar, səhiyyə işçiləri və ailələri istisna olmaqla, BƏƏ, Argentina və Cənubi Afrika daxil olmaqla 20 ölkədən Səudiyyə Ərəbistanına girişi qadağan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə