İsraildə avqustun ortalarından etibarən tətbiq edilən fərdi səyahət qadağası elə qadağa olaraq qalacaq. Amma mütəşəkkil turist qrupları sentyabrən 19-dan etibarən bu ölkəyə turist kimi gələ biləcək.
Qeyd edək ki, bu mesajı ölkənin Turizm Nazirliyi yayıb.
“Qrupun üzvlərinə üç doz peyvənd vurulmalıdır və ya ikinci dozanın alındığı gündən altı ay keçməməlidir”. Deyim ki, bu da İsrail Turizm Nazirliyinin ölkəyə gələcək turistlərdən etdiyi tələbdə yer alıb.
Bundan əlavə, icazə yalnız COVID-19 üçün yaşıl, sarı və narıncı siyahıdakı ölkələrdən gələn qonaqlar üçün etibarlıdır. Xatırladaq ki, Rusiya avqust ayından bəri narıncı siyahıdadır.
Onu da bildirək ki, İsrailə gələn turist qrupların sayı beş nəfərdən 30 nəfərə qədərdir.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB