Antaliyada dəniz kənarında pulsuz tətil

Antaliyanın Aksu sahilindəki çimərlikdə qurulan çardaqlarda hər il yay aylarında pulsuz tətil edən vətəndaşlar, atalarından miras qalan "çardaqla tətil" ənənəsini davam etdirirlər. SİA-nın verdiyi məlumata görə, Aksu mahalının Kumköy sahilində, Türkiyənin müxtəlif əyalətlərindən, xüsusən ətraf məhəllələrdən olan vətəndaşlar, tətillərini beşulduzlu otellərin yerləşdiyi sahil bölgəsində qurduqları çardaqlarda keçirirlər. Hər il iyun ayının əvvəlindən bölgəyə gələn əhali, sentyabr ayının ortalarına qədər dənizdən zövq alırlar. Ətrafdakı məhəllələrdə torpağı olan yerli sakinlər, axşamları bağçalarında işlərinə baxarkən ailələri ilə birlikdə çardaqda vaxt keçirirlər.

Təxminən 750 taxta çardaqda 3 min nəfərin tətildə olduğu bölgə, vətəndaşlar və yaxınlıqdakı beşulduzlu otellərin turistlərinin diqqətini çəkib.

Tətil edənlərdən biri Filiz Tunç müxbirə çardaqdakı tətil praktikasının babalarından miras qaldığını söyləyib. 15 ildir bölgəyə gəldiyini ifadə edən Tunç, "Ətrafdakı məhəllələrdə yaşayırıq, işimizi gündüz tarlada edirik, sonra da burada istirahət edirik. Atalarımız və babalarımız da buraya illər əvvəl gəlmişdilər. Hər yay buraya gəlirik və çardakdakı çatışmazlıqları tamamlayaraq yerləşirik, dənizə girir və gəzmək istəyənlərlə birgə çimərlikdə gəzintiyə çıxırıq. Xüsusilə epidemiya əsnasında o qədər cansıxıcı idi ki, burada stresimizi atırdıq" deyib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə