Təbiəti sevərlərin ilin hər mövsümündə qura biləcəyi düşərgə, yaşıl və mavi rənglərin hər çalarının görünə biləcəyi unikal məkanlarda həyata keçirilir. Həm Azərbaycanda, həm də dünyanın bir çox yerində şəhər həyatından uzaqlaşmaq istəyənlər üçün imkan yaradan düşərgələr bir çox yerdə qurula bilər.
Kampinq nədir?
Düşərgə çadırları və digər lazımi avadanlıqları olan və ya əvvəlcədən hazırlanmış ərazilərdə qalan insanlar kampinqin birbaşa iştirakçısı olur. Düşərgə tək və ya digər idman növləri ilə birlikdə edilə bilər. Xüsusilə alpinizm və trekkinq kimi ekstremal idman növləri ilə maraqlananlar üçün düşərgə ayrılmaz hissədir. Bəzən günlərlə və ya həftələrlə davam edən yollarda əksər idmançılar düşərgə ləvazimatlarını da götürərək təbiətdən ləzzət alırlar.
Kampinq necə edilir?
Yuxu tulumları və çadırlar ilə təhciz olunmuş düşərgə, müəyyən müddətə yaşayış yeri təmin edir. Həm meşədə, dağların yamaclarında, həm də dəniz kənarında edilə bilən düşərgə, təbiətlə təmasda olmaq deməkdir. Hər növ təbiət fəaliyyətinin əsasını təşkil edən kampinq həm də zehni olaraq rahatlamağa imkan verir.
Düşərgə avadanlığının tam təchizatı kampın əsasını təşkil edir. Dəyişkən hava şəraitini nəzərə alaraq avadanlıq və geyimlər hazırlanmalıdır.
Kamp təlimi nədir?
Düşərgə təlimi, düşərgənin bir həyat tərzi olduğunu anlamaqla başlayır. Düşərgə fəaliyyəti ilə məşğul olanların təbiətə və canlılara qayğı ilə yanaşmaları gözlənilir. Təbiətdəki bitkilərə, heyvanlara və ağaclara zərər verilməməli və atəş yandırıldığı təqdirdə söndürülməlidir. Təlim, xüsusilə də ilk dəfə düşərgə quracaqlar üçün çadır qurma, ocaq yandırma, yemək hazırlamaq və düşərgəni yığmağı əhatə edir. Dəyişən hava şərtləri nəzərə alınmalı və bölgənin iqliminə uyğun paltar götürülməlidir.
Düşərgə yerinin seçimi də böyük əhəmiyyətə malikdir. Bəzi ərazilərdə müxtəlif xidmətlər göstərən düşərgələr var. Belə yerlər çadır ehtiyacını belə ödəyə bilər. Xüsusilə Avropada, demək olar ki, hər düşərgə bölgəsində bu xidmətləri əldə edə biləcəyiniz özəl müəssisələr var. Öz çadırlarını qurmaq istəyənlər su mənbələrinə yaxın, yerlərdə düşərgə qura bilərlər. Düşərgəni əvvəlkindən daha təmiz tərk etmək, düşərgə prinsiplərindən biridir.
Düşərgə üçün lazımlı materiallar
Təhlükəsiz və rahat bir düşərgə təcrübəsi üçün avadanlıq çox vacibdir.
Çadır
Dözümlülük, dizayn və ölçülər çadır seçərkən nəzərə alınmalı olan ən vacib məqamlardan biridir. Düşərgədə neçə nəfərin yerləşəcəyi nəzərə alınaraq uyğun bir çadır seçmək lazımdır. Düşərgəçiləri yağış və qar kimi mənfi hava şəraitindən qoruyacaq və havalandırma təmin edən çadırlar daha faydalıdır. Bu mənada ehtiyaclarınıza görə üçbucaq, tunel və ya günbəz formalı çadırları seçə bilərsiniz.
Yuxu tulumu
Yuxu tulumları yüngül, yığcam və istilik itkisinə səbəb olmamalıdır. Qaz tükündən olan tulumlar sizi daha isti tutar, sintetik olanları isə daha yüngül və praktikdir. Mövsümi şərtlər və düşərgənin müddəti nəzərə alınaraq, düşərgəçilərin ümumi seçimi də nəzərə alınmalıdır.
Bel çantası
Bel çantaları müxtəlif cilddə və dizaynda olur. Düşərgəçilər özləri ilə götürəcəkləri avadanlıq üçün kifayət qədər geniş dayanıqlı bir çanta seçməlidirlər.
Yemək və su
Kompakt düşərgə ocaqları uzunmüddətli düşərgə fəaliyyətlərində çox rol oynayır. Düşərgə üçün uyğun kiçik qablar, çəngəllər və qaşıqlar kampçıların yanında götürməli olduqları alətlər arasındadır. Qısa müddətli düşərgələrdə konservlər, qəlyanaltılar, hazır yeməklər və içkilər kifayət edəcəkdir.
Fənər
Fənər, xüsusən də gecə saatlarında ən çox istifadə olunan kamp avadanlıqlarından biridir. Fənərlərlə yanaşı, batareyalar da düşərgəçilərin özləri ilə götürmələri lazım olan əşyalardır.
Geyim
Bir qalın paltar əvəzinə bir neçə qat nazik paltar geyinmək bədən istiliyinə daha da qənaət edəcəkdir. Baş və boyun bölgəsinin qorunması üçün geyim xüsusilə qarla örtülü soyuq bölgələrdə hazırlanan düşərgələrdə üstünlük verilə bilər. Əlcəklər, corablar və ayaqqabıların da istiliyi qoruyan xüsusiyyətləri olmalıdır. Ehtiyat paltarlarınız isə islanacağınız təqdirdə çantanızda olmalıdır.
Digər mühüm əşyalar
Cib bıçağı, ilk yardım dəsti, kompas, fit, günəş kremi, gün eynəyi, zibil torbası
Təmizlik üçün (sabun, tualet kağızı, dəsmal, nəm salfetlər və s.)
Düşərgə nə vaxt keçirilir?
Düşərgə hər fəsildə edilə bilər. Xüsusilə ekstremal idman növləri ilə birlikdə edilsə, bu idman növləri üçün uyğun fəsillər düşərgə üçün daha əlverişlidir. Yayda çimərliyin yanında, qışda dağların ətəklərində düşərgə qurmaq mümkündür.
Azərbaycanda isə kampinq üçün bir çox yerdə edilə bilər. Xəzərin uzun qumsal sahilləri, dağ ətəkləri, göl kənarları ölkəmizi bu cəhətdən əlverişli edir. Bunlara baxmayaraq azərbaycanlılar daha çox otellərdə qalmağı seçir. Öz çadırı ilə müəyyən yerlərdə kamp quranlar olsa da çox az yerdə sizi kamp ləvazimatları ilə təmin edəcək yerlər var. Bir çox gözəl guşələr isə qoruqların və istirahər mərkəzlərinin daxilindədir. Bütün bunlara baxmayaraq İsmayıllı, Şəki, Şamaxı, Naxçıvan, Qusar belə yerlərlə təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB