Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan "Yaşıl siyahı"sına Azərbaycanın da adı əlavə edilib.
Bu barədə SİA Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadən xəbər verir.
Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.
Mayın 23-ü yenilənən "Yaşıl siyahı"ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki "Yaşıl siyahı" ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.
Mədəniyyət və Turizm Departamenti "Yaşıl siyahı"nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB