Ekoturist olmağın 6 yolu BUNLARDIR

Pandemiya səbəbindən tətil edən insanlar daha çox təbiətə üz tutur. Ekoturizm nədir? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xüsusilə iqlim dəyişikliyi və qlobal istiləşmə kimi məsələlərin daim gündəmdə olduğu bu günlərdə təbiət dostu olan bir səyyah olmaq və ekoturizmi dəstəkləmək son dərəcə vacibdir. Davamlı turizmin ayrılmaz bir hissəsi olan ekoturizm, sahib olduğumuz təbii və mədəni irslərin korlanmadan gələcək nəsillərə ötürülməsini hədəfləyir. Bu hədəfin tələbi davamlılığı və təbiətə hörməti təmin etmək üçün yerli insanlara dəstək olmaqdır.

Bəs səyahətlərimizdə edəcəyimiz kiçik dəyişikliklərlə necə daha şüurlu və ətraf mühitə uyğun bir "ekoturist" ola bilərik?

1 - Səyahət seçimlərinizi nəzərdən keçirin: təyyarə və ya qatar?

Bir yerdən digər yerə uçmağın sürətli və asan həll olduğu şübhəsizdir. Ancaq təəssüf ki, təyyarələr istifadə etdikləri yanacaq sayəsində atmosferə zərər verir və qlobal istiləşməyə şərait yaradır. Səyahətlərinizdə fürsətiniz varsa, qatar və ya ictimai nəqliyyat seçmək daha yaxşıdır.

2 - Qaldığınız yerləri özəl bir yer edin

Enerji qənaəti və təkrar istifadəsi kimi kiçik, lakin təsirli addımlarla təbiətə uyğun yaşayış təklif edən otellərin seçilməsi ekoturist olmaq üçün atılacaq ilk addımlardan biridir. Gedəcəyiniz ərazidə belə bir yaşayış imkanı tapa bilmirsinizsə, otağınızda edə biləcəyiniz bir neçə iqtisadi davranışın böyük faydası olacaqdır.

3 - Yerli dükan sahiblərinə dəstək

Əvvəldə dediyimiz kimi ekoturizmi qəbul etmək yalnız təbiətə hörmət etmək deyil, həm də yerli insanları inkişaf etdirməkdir. Bu səbəblə ziyarət etdiyiniz yerlərdə alış-verişiniz üçün yerli dükan sahiblərinin seçilməsi gəlirinin çox hissəsini turizmdən əldə edən bölgələrin iqtisadiyyatını gücləndirəcək. Daha güclü iqtisadiyyata sahib olan bölgə mədəni və təbii irsin qorunmasında daha təsirli rol oynayacaq. Bunu yalnız alış-verişlə deyil, həm də restoran seçimlərində də düşünə bilərsiniz.

4 – Plastik qabların istifadəsini azaldın

Çöldən yeyib-içmək məsələsi pandemiya səbəbi ilə şübhə altında qalaraq, insandan insana dəyişsə də, bu vəziyyətin birdəfəlik istifadə olunan plastikləri çox artırdığı açıqdır. Üstəlik, plastik qabların təbiətə verdiyi böyük ziyanı demək olar ki, heç kimin bilmədiyini düşünürük. Səyahətlərinizdə özünüzlə termos götürərək, plastik istifadənin qarşısını ala bilərsiniz.

5. Toplu nəqliyyat və ya velosiped istifadə edin

Yenidən karbon izi probleminə gəldik! Tətil bölgənizdə fərqli yerləri ziyarət etmək istədiyiniz zaman, xüsusi kirayə avtomobillərdən istifadə etmək əvəzinə, ictimai nəqliyyat və ya velosiped istifadə edin.

6 - Ətraf mühitə olan həssaslığınızı başqaları ilə paylaşın

Ağıllı bir turistdən əvvəl şüurlu bir insan olaraq etməli olduğumuz ilk şey ətrafı zibilləməməkdir. Təəssüf ki, su və meşə çirklənməsi həm düşərgə sayının artması həm də təbiət tətilində irəliləyib. Unutmayın, hr kəs öz qapısının qarşısını süpürsəydi, dünya təmiz bir yer olardı!

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə