Bu il Çində daxili turizmin 40 faizdən çox olacağı proqnozlaşdırılır

Çin Turizm Akademiyası cari il ərzində ölkədə 4,1 milyard daxili turist səfərinin olacağını proqnozlaşdırıb. SİA akademiyanın açıqlamasına istinadla xəbər verir ki, bu rəqəm 2020-ci ildəkindən 42 faiz çox olacaq. İl ərzində Çində turizm dövriyyəsinin 3,3 trilyon yuana (təxminən 511 milyard ABŞ dolları) çatacağı güman olunur. Bu da ötən illə müqayisədə təxminən yarıbayarı çox olacaq. Qeyd edək ki, Çinin Mədəniyyət və Turizm Nazirliyinin statistikasına əsasən, ötən il pandemiya səbəbindən daxili turizmdə 52 faizlik azalma müşahidə olunub. Çində ay təqvimi ilə qeyd olunan yeni il bayramı tətilində (11-17 fevral) turizm sektorunda əhəmiyyətli canlanma müşahidə olunub və rəqəmlər 2019-cu ildəki səviyyəyə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə