Bakı şəhəri "Instagram"da paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb. SİA-nın məlumatına görə, siyahı "The Big 7 Travel" agentliyi tərəfindən tərtib edilib. Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib "Instagram"da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur: "Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı "İnstagram" hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir". "The Big 7 Travel"in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...